Xəbərlər

Gözəllik Salonlarının Hüquqları

7iyul 2023-ci il “GXSSD” İctimai Birliyinin növbəti görüşü baş tutmuşdur. “Gözəllik Salonlarının Hüquqları” adlı dəyirmi masada salon şəbəkələrinin təməl hüquq və azadlıqları haqqında danışılmış, Birliyin sədri hüquq və azadlıqların qorunması istiqamətində Birliyin ətrafında birləşməyin vacibliyini vurğulamışdır. Eyni zamanda salon sferasında qarşılaşdıqları çətinlikləri səsləndirən sahibkarlar Birliyin işini yüksək qiymətləndirmişlər.

Son olaraq, hörmətli salon sahibkarları, bu kimi maarifləndirici görüşlərimizin vaxtaşırı olacağını diqqətinizə çatdırır, həmçinin 14 iyul 2023-cü il tarixində baş tutacaq görüşümüzdə də hər birinizi aktiv iştiraka çağırırıq.

© “GXSSD” İctimai Birliyi. Bütün hüquqlar qorunur.
Designed by ORUJOV