GXSSD Saytına Xoş Gəlmisiniz!

“Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyi 04 aprel 2022-ci ildə baş tutan təsis yığıncağının qərarına əsasən yaradılması qərara alınmış və 29 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmış qurumdur.

Hər mərhələdə dəstək və tərəfdaşlıq

Peşəkar dəstək alacağınız bir icmanın üzvü olun. Biz salon sahiblərinə qabaqcıl həlləri tətbiq etməyə və yeni istiqamətləri inkişaf etdirməyə kömək edirik ki, siz biznesinizin inkişafına tam diqqət yönəldə biləsiniz.

Birlikdə güclüyük!

Gözəllik salonları Assosiasiyasına qoşulmaqla, güclü peşəkarlar şəbəkəsinin bir hissəsinə çevrilirsiniz. Birgə aksiyalar, xüsusi təkliflər və marketinq kampaniyaları sayəsində daha çox müştəri cəlb edin və brendinizi daha da tanıdın.

Bizim Haqqımızda

“Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyi 04 aprel 2022-ci ildə baş tutan təsis yığıncağının qərarına əsasən yaradılması qərara alınmış və 29 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmış qurumdur. Birliyin əsas məqsədi gözəllik salonları müəssisələrinin inkişafına yardım etmək və onları vahid təşkilatda birləşdirməklə onların hüquq və azadlıqlarını qorumaqdır.

Ətraflı

Üzvlük üçün müraciət

"Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək" İctimayi Birliyinə üzv olmaq üçün bizə müraciət edin.

Niyə Sahibkarlar Bizi Seçir

• Salon sahiblərinə müasir idarəetmə təlimləri təqdim edirik və onları müstəqil, strateji idarəçilər kimi yetişdiririk. Həmçinin, üzvlərimizin bizneslərinin inkişafını dəstəkləmək üçün mühasibat və hüquqi məsələlərdə peşəkar yardım göstəririk.

• Yerli və beynəlxalq tədbirlərdə sahibkarlara şəbəkələşmə və təcrübə mübadiləsi üçün imkanlar yaradırıq. Üzvlərimiz üçün xüsusi eksklüziv tədbirlər təşkil edir, burada sənaye üzrə mütəxəssislərlə əlaqələr qurmaq və yeni işgüzar imkanlar əldə etmək mümkündür.

İctimai Birliyin üzvləri

GXSSD assosiasiyasının üzvləri gözəllik sənayesinin bütün seqmentlərini təmsil edir — böyük şəbəkələrdən və müəssisələrdən tutmuş kiçik studiyalara və fərdi ustalara qədər. Biz aşağıdakıları birləşdiririk: İri, orta və kiçik müəssisələr, gözəllik sahəsində geniş xidmətlər göstərən; Fərdi sahibkarlar, xarici görünüşün qorunması və yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən; Özünüməşğul ustalar, keyfiyyətli gözəllik xidmətləri təklif edən; Muzdlu mütəxəssislər, gözəllik salonlarında və ixtisaslaşmış studiyalarda çalışan. Məqsədimiz hər bir assosiasiya üzvünün işini dəstəkləmək və inkişaf etdirmək, gözəllik sənayesində böyümə, peşəkar təlim və əməkdaşlıq üçün imkanlar yaratmaqdır.

Son Xəbərlər

28 Apreldə “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Xəyal Komandasının Qurulması” mövzusunda növbəti təlim baş tutdu.Təlimdə komanda quruculuğunun incəlikləri, düzgün rol bölgüsü və effektiv idarəetmə yolları müzakirə olundu.Birlikdə inkişaf edirik!Gözəllik salonu sahibisiniz?Yoxsa artıq bu sahədə çalışır, öz salonun...

14 mart tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri cənab Orxan Məmmədov ilə görüş keçirildi. Görüşdə “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” Gözəllik Salonları Assosiasiyasının sədri və Beauttech şəbəkəsinin rəhbəri Elnarə Nəhmədova, Mesa Group şirkətinin rəhbəri Məftun Xəlilov, Azestetik Group şirkətinin həmtəsi...

31 mart tarixində baş tutan bu təlimdə gözəllik salonu sahibləri müştəri bazasının düzgün qurulması, əlaqələrin sistemli şəkildə idarə edilməsi və sadiq müştəri modelinin formalaşdırılması üzrə praktiki biliklər əldə etdilər.Təlim Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyinin sədri, Beauttech salonlar şəbəkəsinin və Beauttech Professional Scho...

26 fevral tarixində gözəllik salonu sahibləri və idarəçiləri üçün vacib mövzulardan biri – maliyyə savadlılığı üzrə təlimimiz baş tutdu. Günel İmamova iştirakçılarla salon biznesində maliyyə axınının düzgün idarə edilməsi, xərclərin optimallaşdırılması və qazancın artırılması yolları haqqında dəyərli biliklərini bölüşdü.Təlimdə iştirak edən salon sahibləri və ida...

© “GXSSD” İctimai Birliyi. Bütün hüquqlar qorunur.
Designed by ORUJOV