28 avqustda Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi növbəti təlimini keçirdi – “Uğurlu Salonun Maliyyə Açarı”.
Bugün daha yaxşı anlayırıq ki, gözəllik salonlarında rast gəlinən əsas problemlərdən biri düzgün maliyyə hesabatlığının qurulmamasıdır. Məhz bu səbəbdən, İdarə Heyətimizin üzvü, “Almir Trading” şirkətinin təsisçisi və rəhbəri, maliyyə üzrə mütəxəssis Günel İmanova təlimi keçirdi.
Təlimdə iştirakçılar salon biznesində maliyyə idarəetməsinin sirləri, hesabatlıq alətləri və effektiv büdcə planlaşdırması barədə dəyərli biliklər qazandılar.
Bu biliklərin salon biznesində dayanıqlı uğur yaratmaq üçün əvəzsiz olduğuna inanırıq.
© “GXSSD” İctimai Birliyi. Bütün hüquqlar qorunur.
Designed by ORUJOV