Xəbərlər

“Gözəllik Salonlarında Satış Skriptləri” təlimindən görüntülər

Gözəllik sahəsində uğurun təkcə peşəkarlıqla deyil, düzgün ünsiyyət bacarığı ilə də bağlı olduğunu bilirik. Bu gün 28 sahibkar və administratorun iştirakı ilə keçirilən təlimdə məhz bu mövzunu — satış skriptlərinin effektiv istifadəsini öyrəndik.

Təlimdə nələri müzakirə etdik?
• Müştəri ilə ilk təmasda düzgün ifadələr
• Satışı bağlamağa kömək edən suallar
• Güzəşt və bonusların düzgün təqdimatı
• Komandada satış mədəniyyətinin formalaşdırılması

Bu cür təlimlər Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyinin mütəmadi fəaliyyətlərindən biridir. Hər ay salon sahibləri və administratorlar üçün aktual mövzularda praktiki təlimlər təşkil edirik.

Əgər siz də İctimai Birliyimizə qoşulmaq və bu cür inkişaf imkanlarından faydalanmaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz: +994 10 402 08 28

Birlikdə inkişaf edək!


© “GXSSD” İctimai Birliyi. Bütün hüquqlar qorunur.
Designed by ORUJOV