Xəbərlər

Gözəlliyə xidmət sahəsində sahibkara dəstək

6 iyun 2023-cü il tarixində saat 10:00-da “Baku Mariott Hotel Boulevard”-da “GXSSD” İctimai Birliyinin “Gözəlliyin Birlik Gücü - Mükəmməlliyə doğru” devizli tanıtım tədbiri baş tutmuşdur. Tədbirdə Millət vəkili Nigar Arpadarai açılış nitqi ilə çıxış etmiş, təşkilatın gələcək işlərində uğurlar arzu etmişdir. Əlavə olaraq tədbirdə təşkilatın sədri Elnarə Nəhmədova birliyin gələcək fəaliyyətindən, görüləcək işlərdən söz açmış, Cəmiyyət üçün əhəmiyyətli işlərin görüləcəyini vurğulamışdır. Həmçinin tədbirdə Dövlət Vergi Xidmətinin nümayəndəsi Bəxtiyar Abdurrəhmanov, Azərbaycan Sahiblarlar Konfederasiyasının nümayəndəsi İlhamə Abdullayeva, “İnjuria Hüquq Platforması”-nın rəhbəri Kəmalə Məmmədova və Azərbaycan Respublikasının Dövlət Məşğulluq Agentliyi ilə yanaşı “Keune Cosmetics” brendinin Azərbaycanda rəsmi distribütoru “Leader Cosmetics”, “Global Keratin” brendinin rəsmi distribütoru “Mir Cosmetics” çıxış etmiş, təşkilatın yaradılmasının Cəmiyyət üçün xüsusi əhəmiyyətli hadisə hesab etmişlər. Tanıtım tədbirində millət vəkilləri, dövlət qurumları və gözəllik sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir.


Tədbirin sonunda birliyə üzvlük haqqında məlumat verilmiş və sahibkarlar birliyin fəaliyyətində aktiv iştiraka dəvət olunmuşlar.
Həmçinin məlumat üçün bildiririk ki, 29 Dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmış “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyi sahibkarlığın inkişafına dəstək vermək və məhz gözəllik sektorunda xidmət göstərən fiziki və hüquqi şəxsləri bir birlik altında toplamaq, bu sahədə fəaliyyət göstərən şəxslərin inkişaflarına töhfə vermək, ən əsası isə onların hüquq və azadlıqlarını təmin etmək məqsədilə yaradılmış bir qurumdur.

© “GXSSD” İctimai Birliyi. Bütün hüquqlar qorunur.
Designed by ORUJOV