Xəbərlər

Marketinq strategiyaları mövzusunda təlim

Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi olaraq 30 yanvar tarixində gözəllik salonu sahibləri üçün marketinq strategiyaları mövzusunda intensiv və faydalı bir təlim keçirdik. 

Təlimdə nələri öyrəndik?
✔️ Müştəri axınını artıran effektiv strategiyalar
✔️ Brendin bazarda güclü mövqelənməsi
✔️ Rəqabətdə fərqlənmək və inkişaf yolları

İştirakçılar real nümunələr əsasında praktiki həllər əldə etdilər və bizneslərini yeni səviyyəyə qaldırmaq üçün vacib biliklər qazandılar. 

Hər ay yeni təlimlərlə və faydalı məlumatlarla birliyimizin üzvlərini dəstəkləməyə davam edəcəyik!

Siz də birliyin üzvü olun və biznesinizi inkişaf etdirin!
Əgər gözəllik salonu biznesinizi böyütmək, daha effektiv idarəetmə üsulları öyrənmək və etibarlı biznes mühitində yer almaq istəyirsinizsə, Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi-nə qoşulun!

Üzvlərimiz üçün imkanlar:
✔️ Biznesin inkişafı və idarəetmə sahəsində faydalı təlimlər
✔️ Qanunvericilik, mühasibatlıq və hüquqi məsələlər üzrə dəstək
✔️ Peşəkar şəbəkələşmə və yeni işgüzar əlaqələr
✔️ Dövlət qurumları ilə əməkdaşlıq və sektor problemlərinin həlli
✔️ Yerli və beynəlxalq tədbirlərdə iştirak imkanı

Bizimlə əlaqə saxlayın və biznesinizi inkişaf etdirmək üçün bu fürsətdən yararlanın!

© “GXSSD” İctimai Birliyi. Bütün hüquqlar qorunur.
Designed by ORUJOV