Xəbərlər

Xərclər və Qazanclar: Gözəllik Salonunun Maliyyə Savadlılığı təlimindən anlar

26 fevral tarixində gözəllik salonu sahibləri və idarəçiləri üçün vacib mövzulardan biri – maliyyə savadlılığı üzrə təlimimiz baş tutdu. Günel İmamova iştirakçılarla salon biznesində maliyyə axınının düzgün idarə edilməsi, xərclərin optimallaşdırılması və qazancın artırılması yolları haqqında dəyərli biliklərini bölüşdü.

Təlimdə iştirak edən salon sahibləri və idarəçilər real təcrübələr, praktiki tövsiyələr və effektiv idarəetmə üsulları ilə tanış oldular. İndi onlar bizneslərini daha gəlirli və dayanıqlı idarə etmək üçün daha güclü maliyyə strategiyalarına sahibdirlər.

Təlimdən video görüntüləri izləyin və siz də biznesinizin maliyyə idarəçiliyini gücləndirin!

Siz də bu cür faydalı təlimlərdə iştirak etmək istəyirsiniz?
Gözəllik salonu sahibləri üçün xüsusi hazırlanmış tədbirlərimizə qoşulmaq üçün Assosiasiyaya üzv olun!

© “GXSSD” İctimai Birliyi. Bütün hüquqlar qorunur.
Designed by ORUJOV