Xəbərlər

(KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə görüş keçirildi

(KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə görüş keçirildi

14 mart tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri cənab Orxan Məmmədov ilə görüş keçirildi. Görüşdə “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” Gözəllik Salonları Assosiasiyasının sədri və Beauttech şəbəkəsinin rəhbəri Elnarə Nəhmədova, Mesa Group şirkətinin rəhbəri Məftun Xəlilov, Azestetik Group şirkətinin həmtəsisçisi və direktoru Rəşad Qasımov iştirak etdilər.

Görüşdə gözəllik salonlarının ayrılmaz bir hissəsi olan lazer epilyasiyası xidməti və sahibkarların bu sahədə yaşadığı çətinliklər müzakirə olundu.

Məsələnin Mövzusu
Gözəllik salonları hər zaman epilyasiya xidmətlərini təklif edib. Əvvəllər bu xidmət ənənəvi üsullarla (vaks epilyasiyası, elektroepilyasiya) həyata keçirilirdisə, sonradan müasir texnologiyaların inkişafı ilə lazer epilyasiyası geniş yayılmışdır.

7 sentyabr 2023-cü il tarixli, 313 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş “Peşə təhsili üzrə ixtisasların təsnifatı” sənədinə əsasən, “lazer epilyasiyası və depilyasiyası texniki” fəaliyyəti “bərbərlik” ixtisasının alt qrupuna aid edilib.

Buna baxmayaraq, hazırda gözəllik salonlarında lazer epilyasiyası xidmətinin tətbiqi ilə bağlı bir sıra problemlər mövcuddur:
• Yanlış hüquqi qiymətləndirmə və nəzarət orqanlarının təzyiqləri
• Lazer avadanlıqlarının statusunun qeyri-müəyyənliyi
• Gözəllik salonlarında istifadə edilən lazer cihazları tibbi avadanlıq hesab edilmir.
• Lakin bəzi qurumlar bu cihazları səhv təsnif edərək əlavə qanuni tələblər irəli sürürlər, bu isə sahibkarlar üçün əlavə çətinliklər yaradır.
• Statistika və Potensial Təhlükələr

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü ilin yanvar ayına olan məlumatına əsasən, ölkədə 14,384 bərbərxana və gözəllik salonu fəaliyyət göstərir. Bu bizneslərin böyük əksəriyyəti mikro və kiçik sahibkarlar, xüsusilə qadınlar tərəfindən idarə olunur.

Əgər lazer epilyasiyası fəaliyyəti süni şəkildə məhdudlaşdırılarsa, bu minlərlə qadın sahibkarın işini itirməsinə və ciddi məşğulluq probleminə səbəb olacaqdır.

Görüşdə Təkliflər və Həll Yolları Müzakirə Olundu.

© “GXSSD” İctimai Birliyi. Bütün hüquqlar qorunur.
Designed by ORUJOV