31 mart tarixində baş tutan bu təlimdə gözəllik salonu sahibləri müştəri bazasının düzgün qurulması, əlaqələrin sistemli şəkildə idarə edilməsi və sadiq müştəri modelinin formalaşdırılması üzrə praktiki biliklər əldə etdilər.
Təlim Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyinin sədri, Beauttech salonlar şəbəkəsinin və Beauttech Professional School məktəbinin rəhbəri Elnarə Nəhmədova tərəfindən keçirildi.
Təlimin sonunda bəzi iştirakçılar öz təəssüratlarını bölüşərək tədbirin onlar üçün nə qədər faydalı olduğunu qeyd etdilər.
Assosiasiya olaraq məqsədimiz — gözəllik sahəsində sahibkarları gücləndirmək və idarəçilik bacarıqlarını artırmaqdır.
Birlikdə inkişaf edirik!
© “GXSSD” İctimai Birliyi. Bütün hüquqlar qorunur.
Designed by ORUJOV