Xəbərlər

Gözəllik sektorunda şəffaf və dayanıqlı biznes üçün yeni addımla

11 iyul 2025-ci il tarixində, “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyi ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında işgüzar görüş keçirildi. Görüşdə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin baş hüquqşünası Nərgiz Axundova iştirak etmişdir.

İctimai Birliyin İdarə Heyəti bu görüşdə:
• Gözəllik sektorunun qarşılaşdığı vergi yükü ilə bağlı mövcud çətinlikləri,
• Yaşıl vergi güzəştlərinin bu sahəyə şamil edilməməsini,
• Bu məsələlərin sahibkarlığın inkişafına təsirini müzakirə etmişdir.

Görüş zamanı həmçinin dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində daha şəffaf və dayanıqlı salon biznesi üçün təkliflər irəli sürülmüşdür.


© “GXSSD” İctimai Birliyi. Bütün hüquqlar qorunur.
Designed by ORUJOV