Personalın idarə olunması üzrə təlim: Salon sahibləri üçün uğurlu təcrübə
22 iyun 2024-ci il GXSSD İctimai Birliyi salon sahibləri üçün personalın idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsinə həsr olunmuş təlim keçirdi. Təlim zamanı effektiv rəhbərlik, komandanın motivasiyası və pozitiv iş atmosferinin yaradılması ilə bağlı əsas məqamlar müzakirə edildi.
Təlim mövzusu: Personalın idarə olunması
Təlimçi: Biznes psixologiya üzrə mütəxəssis Sara Rəcəbli
İştirakçılarımız aşağıdakı mövzular üzrə dəyərli biliklər və praktik tövsiyələr aldılar:
✔️ İşçiləri effektiv motivasiya etmək və istedadlı mütəxəssisləri saxlamaq yolları
✔️ Birgə komanda yaratmaq və onu dəstəkləmək texnikaları
✔️ Kollektivdə münaqişə vəziyyətlərinin həlli yolları
✔️ İdarəetmədə şəxsi nümunənin və liderliyin önəmi
Əldə edilən bacarıqlar iştirakçıların idarəetmə keyfiyyətini artırmağa və bununla da, müştərilərə xidmət səviyyəsini yaxşılaşdırmağa kömək edəcək.
© “GXSSD” İctimai Birliyi. Bütün hüquqlar qorunur.
Designed by ORUJOV