Bu gün, 21 avqust saat 11:00-da Zoom platformasında dövlət orqanlarının nümayəndələri ilə görüş keçirildi və görüşdə 20-dən çox sahibkar iştirak etdi. Görüş zamanı gözəllik salonu sahiblərinin sualları cavablandırıldı, eyni zamanda ictimai birlik tərəfindən lazer aparatları üçün lisenziya alma şərtlərinin yüngülləşdirilməsi təklifi irəli sürüldü. Görüşün nəticəsi olaraq, səlahiyyətli qurumlarla və ictimai birliyin üzvü olan sahibkarlar arasında işçi qrupunun yaradılması və gözəllik salonu sahibləri tərəfindən təkliflərin təqdim olunması barədə qərar qəbul edildi. Görüşdə fəal iştirak edən və sahənin inkişafına töhfə verən sahibkarlara təşəkkür edirik.
© “GXSSD” İctimai Birliyi. Bütün hüquqlar qorunur.
Designed by ORUJOV